MƏDƏNİYYƏT


Özbəkistan portalı işğaldan azad edilmiş ərazilərimizdə tarix və mədəniyyət abidələrinin dağıdılmasından yazıb

Daşkənd, 22 noyabr, АZƏRTAC

Özbəkistanın “fikr.uz “ portalında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tarix və mədəniyyət abidələrinin dağıdılması barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə işğal dövründə ermənilər tərəfindən dağıdılmış 700-dən çox tarix və mədəniyyət abidəsinin 11-nin dünya əhəmiyyətli abidələr sırasında olduğu qeyd edilir.

Bildirilir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadə məlumat verib. Ərtəgin Salamzadə qeyd edib ki, bütün abidələrin indiki vəziyyətini öyrənmək üçün monitorinq aparılmalı, bu məkanlarda bərpa və restavrasiya işləri həyata keçirilməlidir.

Ə.Salamzadə, həmçinin bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdəki tarix və mədəniyyət abidələrinin dağılma səviyyəsi memarlar və sənətşünaslar tərəfindən öyrənildikdən sonra hesabat hazırlanmalı və buna uyğun olaraq işlər həyata keçirilməlidir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.