MƏDƏNİYYƏT


Özbəkistan portalında Bakının Balaxanı kəndinin yeni turizm marşrutuna daxil edilməsi ilə bağlı məqalə yer alıb

Daşkənd, 12 sentyabr, АZƏRTAC

Özbəkistanın interpress.uz portalında Bakının qədim Balaxanı kəndinin yeni turizm marşrutuna daxil edilməsi ilə bağlı özbək dilində “Balaxanı kəndi-yeni səyahət mərkəzi” adlı məqalə yerləşdirilib. Yazıda AZƏRTAC-ın fotolarından və videomateriallarından da istifadə olunub.

Yazıda bildirilir ki, Balaxanı kəndinin yeni görünüşü Türkiyənin İzmir şəhərinin Alaçatı kəndi ilə müqayisə olunur. Qeyd edilir ki, neftlə zəngin olan Balaxanı kəndində mexaniki üsulla ilk neft quyusu 1869-cu ildə qazılıb.

Vurğulanır ki, kənd tarixi-mədəni abidələrlə zəngindir və burada xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması inkişaf etdirilir. Kiçik iaşə obyektləri, mehmanxana xidmətləri, musiqi alətlərinin istehsalı sahələri yaradılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.