MƏDƏNİYYƏT


Özbəkistan portalında Göygöl haqqında məqalə və fotoreportaj yer alıb

Daşkənd, 15 avqust, AZƏRTAC

Özbəkistanın qalampir.uz portalında “Göygölə səyahət” sərlövhəli məqalə və fotoreportaj yer alıb.

AZƏRTAC xəbər verir ki, materialda Azərbaycanın səfalı guşələrindən olan Göygölün tarixi və istirahət məkanları haqqında ətraflı məlumat verilir. Bildirilir ki, 1139-cu ildə Gəncə ərazisində baş verən güclü zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib və nəticədə Göygöl yaranıb.

Məqalədə deyilir ki, Göygöl ərazisində ümumilikdə 19 göl var, bunlardan 7-si böyük göllər sırasına daxildir. Göygöl dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir, uzunluğu 2800 metrdir, eni 800 metrdən 1000 metrə qədərdir.

Materialda Göygölün flora və faunası haqqında da ətraflı məlumat verilir. Bildirilir ki, Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılan ilk qoruqdur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.