MƏDƏNİYYƏT
Özbəkistan portalında Şuşa haqqında material yer alıb
Daşkənd, 13 may, AZƏRTAC
Özbəkistanın Interpress.uz portalı özbək dilində “1970-1980-ci illərdə Şuşanın tanınmış adamları və abidələri” sərlövhəli material verib.
AZƏRTAC portala istinadla xəbər verir ki, materialda Şuşa haqqında məlumat verilir, şəhərin tanınmış adamları və abidələrindən söhbət açılır.
Məqalədə Azərbaycanın tanınmış foto ustası Hüseyn Hüseynzadənin 1970-1980-ci illərdə Şuşada çəkdiyi fotolardan istifadə edilib.
Yazıda bildirilir ki, Şuşa 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfdən işğal olunub. Bu fotolara baxdıqca bir daha əmin olursan ki, Şuşa Azərbaycan şəhəridir və bu xalqın mədəniyyətini özündə əks etdirir.
Sonra məqalədə Bülbülün ev-muzeyi və abidəsi, Natəvan malikanəsinin bulağı, Üzeyir Hacıbəylinin abidəsi və ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, Mir Mövsüm Nəvvabın qəbrinin görüntüsü, Gövhər Ağa Məscidi, Xurşidbanu Natəvanın əbidəsinin fotoları əks edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd