MƏDƏNİYYƏT


Özbəkistan portalında Şuşa şəhəri haqqında məqalə yerləşdirilib

Daşkənd, 12 fevral, AZƏRTAC

Özbəkistanın “interpress.uz” portalında qədim Şuşa şəhərinin məhəllələri, məscidləri, məktəbləri və bulaqları haqqında rus dilində məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan musiqisinin və poeziyasının beşiyi olan Şuşa şəhəri Ermənistanın 28 illik işğalından sonra ötən il noyabrın 8-də həqiqi sahibinə qaytarılıb. Təəssüf ki, erməni vandalları Şuşanın yüzlərlə qədim abidəsini, o cümlədən məscidləri dağıdıb. Düşmən hətta Azərbaycan musiqisinin və ədəbiyyatının korifeyləri Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın Şuşadakı abidələrini və ev-muzeylərini yerlə-yeksan edib.

Yazıda bildirilir ki, Azərbaycan Şuşanı yenidən tikəcək, şəhərin qədim siması bərpa ediləcək.

Vurğulanır ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşa şəhərində 17 qədim məhəllə olub. Bu məhəllələrin 9-u Aşağı məhəllədə, 8-i isə Yuxarı məhəllədə yerləşib. Sonra məhəllələrin adları sadalanır və onların hər biri haqqında məlumat verilir.

Şuşanın tarixi haqqında da danışılan materialda şəhərin 1752-ci ildə Pənahəli Xan Cavanşir tərəfindən tikildiyi, əvvəl Pənahabad, sonralar Şuşa qalası və Şuşa adını aldığı deyilir. Bildirilir ki, şəhərin tikintisinə Təbriz, Ərdəbil və digər yerlərdən ustalar və memarlar dəvət olunub. Şuşanın tikilməsində Qarabağ xanlığının vəziri, tanınmış şair Molla Pənah Vaqifin böyük rolu olub.

1755-ci ildən isə Şuşa Qarabağ xanlığının paytaxtı elan edilib. 1795-ci ildə Şuşada 10 min adam yaşayıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.