CƏMİYYƏT


Özbəkistan portalında Şuşanın işğalı ilə bağlı məqalə verilib

Daşkənd, 10 may, AZƏRTAC

Özbəkistanın tnews.uz portalında Şuşanın işğalı ilə bağlı məqalə verilib.

AZƏRTAC xəbər verir ki, məqalədə oxucular Şuşanın tarixi haqqında məlumatlandırılır. Bildirilir ki, Qarabağ xanlığı Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra ermənilərin Cənubi Qafqaza, konkret olaraq Qarabağa köçürülməsinə başlanılıb. Şuşada isə ermənilər barmaqla sayılacaq dərəcədə az olub, bu şəhər işğal edilən günədək orada həmişə azərbaycanlılar yaşayıb.

Məqalədə Şuşanın işğalı zamanı şəhərdə dağıdılan müəssisələr, abidələr, təhsil, mədəniyyət ocaqları barədə ətraflı məlumat verilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.