MƏDƏNİYYƏT


Özbəkistan portalında özbək Azərbaycan dostluğuna dair məqalə dərc olunub

Daşkənd, 16 oktyabr, АZƏRTAC

Özbəkistanın Uza Milli İnformasiya Agentliyində tanınmış jurnalist Rüstəm Cabbarovun özbək Azərbaycan dostluğuna dair məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə özbək və Azərbaycan xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələrinin oxşarlığından bəhs olunur. Bildirilir ki, hər iki xalqın müştərək yazılı abidələri onları birləşdirir. “Koroğlu”, “Dədə Qorqud”, “Aşıq Qərib” və digər dastanlarımız həm Azərbaycanda, həm də Özbəkistanda sevilə-sevilə oxunur.

Yazıda bildirilir ki, özbək və Azərbaycan xalqlarını, həm də muğamlarımız birləşdirir. Böyük özbək şairi Əlişir Nəvai Şərqin dahi şairi Nizami Gəncəvini özünə ustadı hesab edib və “Xəmsə”ni yaradıb. Əlişir Nəvai tarixə türk dilində “Xəmsə” yaradan şair kimi düşüb.

Müəllif yazır ki, böyük hökmdar Zaxiriddin Muxammad Baburun Azərbaycanın böyük dövlət xadimi və şairi Şah İsmayıl Xətai ilə dostluq münasibətləri etməsi mənbələrdə öz əksini tapıb. Özbək xanəndələri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsiminin qəzəlləri üstündə bu gün də muğamlar oxuyurlar.

Özbəkistanın televiziya kanalları “Arşın mal alan”, “Qaynana” və “Əhməd haradadır” kimi klassik Azərbaycan filmlərini tez-tez nümayiş etdirir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.