SİYASƏT


Özbəkistan portalları: Azərbaycan qələbə qazanıb, Ermənistanın işğalı altındakı ərazilər azad olunub

Daşkənd, 14 noyabr, АZƏRTAC

Özbəkistanın “daryo.uz”, “effect.uz”, “azon.uz” və “hudud24.uz” xəbər portalları Azərbaycanın Ermənistan tərəfdən işğal edilmiş ərazilərinin azad olunması, ölkəmizin Qələbəsi ilə əlaqədar məqalələr yayıb.

AZƏRTAC xəbər verir ki, yazılarda 30 ilə yaxın Ermənistanın işğalında olan Azərbaycan torpaqlarının nəhayət azad edildiyi bildirilib. Qeyd olunub ki, azad edilən ərazilər arasında Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşa şəhərləri, 300-dən artıq kənd və qəsəbə, strateji yüksəkliklər var.

Məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində müharibənin dayandırılması ilə əlaqədar birgə bəyanat imzaladıqları da diqqətə çatdırılıb. Bildirilib ki, Ermənistan noyabrın 15-dək Kəlbəcəri, noyabrın 20-dək Ağdamı, dekabrın 1-dək isə Laçını Azərbaycana təhvil verəcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.