SİYASƏT


Özbəkistan portalları Azərbaycanın cəbhədə qazandığı qələbələrə dair materiallar dərc edib

Daşkənd, 16 oktyabr, АZƏRTAC

Özbəkistan “tnews.uz”, “fikr.uz”, “interpress.uz” və “azon.uz” portalları Azərbaycanın cəbhədə qazandığı qələbələrlə bağlı özbək və rus dillərində materiallar dərc edib.

AZƏRTAC xəbər verir ki, “tnews.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” televiziya kanalına müsahibəsinin tam mətnini verib. “fikr.uz” saytı isə bu müsahibə ilə əlaqədar analitik məqalə dərc edib. Məqalədə müsahibədən sitat gətirilir: “Onu qeyd etmək istəyirəm ki, Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir”.

“interpress.uz” portalında fəlsəfə doktoru Elxan Ələskərovun “Ermənistan Qarabağı terrorizm ocağına çevirməyə cəhd edir” sərlövhəli məqaləsi yer alıb.

“azon.uz” portalı İsrailin Tirat-Karmel şəhərinin meri Arye Talın Gəncə şəhərinin icra başçısı Niyazi Bayramova göndərdiyi məktubdan bəhs edir. Məktubda Azərbaycanın haqq işinə dəstək ifadə olunur, 30 ildən bəri davam edən işğala son qoyulması arzulanır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.