SİYASƏT


Özbəkistan portalları Bərdədə baş verənləri pisləyib

Daşkənd, 30 oktyabr, АZƏRTAC

Özbəkistan ”interpress.uz”, “daryo.uz”, ”fikr.uz” və “qalampir.uz” portalları Bərdənin kasset bombasına tutulması ilə bağlı özbək və rus dillərində məqalələr çap edib.

AZƏRTAC xəbər verir ki, portallarda Bərdə şəhərinin ermənilər tərəfindən ikinci dəfə “Smerç” kassetli bombalardan atəşə tutılması mənfur qonşularımızın qorxaqlığı kimi dəyərləndirilib. Bildirilib ki, müharibədə uduzan Ermənistan qisasını dinc əhalidən alır. Bununla da erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyasını və Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozur.

Saytlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumat verilir, münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi önə çəkilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.