SİYASƏT


Özbəkistan portalları Ermənistanın Gəncəni və Mingəçeviri raket atəşinə tutması ilə bağlı materiallar yayıb

Daşkənd, 17 oktyabr, AZƏRTAC

Özbəkistanın “tnews.uz” və “qalampir.uz” və “human.uz” portalları Ermənistanın Gəncəni və Mingəçeviri raket atəşinə tutması ilə bağlı özbək və rus dillərində materiallar yayıb.

AZƏRTAC xəbər verir ki, “tnews.uz” portalı Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutması ilə bağlı bəyanatını yayıb.

Bəyanatda deyilir: “2020-ci il oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub, 13 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 40-dan çox insan ciddi yaralanıb”.

Sənəddə bildirilir ki, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq qaydalarını, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürməsi müharibə cinayətidir. Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.

“Qalampir.uz” portalı Prezidentin köməkçisi Hikmət Hacıyevin rəsmi Tvitter hesabına istinadla yazır ki, ötən gecə cəbhə xəttindən uzaqda olan Gəncə və Mingəçevir Ermənistan tərəfdən raket atəşinə tutulub. Gəncədə 13 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Ermənistan ərazisindən Gəncəyə atılan SCUD/Elbrus taktiki ballistik raketləridir.

Yazıda oktyabrın 11-də Gəncənin atəşə tutulması, ölənlər, yaralananlar, dağıntılar haqqında da məlumat verilir.

“Human.uz” saytı isə rus dilində “BMT Ermənistan tərəfdən Azərbaycanın dinc əhalisinin raket atəşinə tutulmasını ittiham edir” sərlövhəli məqalə verib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.