QAN YADDAŞI


Özbəkistan portalları Xocalı soyqırımından yazır

Daşkənd, 27 fevral, АZƏRTAC

Özbəkistanın kun.uz portalı Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşü ilə bağlı AZƏRTAC-ın informasiyasını özbək dilində yayıb. Tnews.uz portalı isə rus dilində “Şahidlərin dedikləri: Xocalı soyqırımı zamanın sağaltmayacağı bir acıdır” sərlövhəli geniş məqalə yayıb.

Məqalədə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilir. Bildirilir ki, səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib. Faciənin törədildiyi gün 1275 nəfər əsir götürülüb, 150 insanın taleyi haqqında hələ də heç bir məlumat yoxdur.

Faciəni öz gözləri ilə görən şahidlər ermənilərin qan donduran hərəkətlərini ürəkağrısı ilə danışırlar.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.