SİYASƏT


Özbəkistan portallarında Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məqalələr yerləşdirilib

Daşkənd, 8 noyabr, АZƏRTAC

Özbəkistan “kun.uz” və “fikr.uz” portalları Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar məqalələr yerləşdirib.

AZƏRTAC xəbər verir ki, “kun.uz” portalı MDB Hökumət Başçıları Şurasının noyabrın 6-da videokonfrans formatında iclasının keçirilməsi və tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədovun iştirakı ilə əlaqədar məqalə çap edib.

Baş nazir iclasda Ermənistanın Azərbaycana qarşı təxribatları, Silahlı Qüvvələrimizin əks-hücumu, terrorçu dövlətin Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətləri, Gəncə, Mingəçevir, Bərdə və digər məntəqələrimizin dinc əhalisini “Smerç”, “Tochka-U”, “Elbrus” və digər qadağan olunmuş ballistik raket və kasset bombaları ilə atəşə tutması, sentyabrın 27-dən indiyədək 92 dinc adamın həlak olması, 404 mülki şəxsin yaralanması haqqında məlumat verib.

“Fikr.uz” portalı yazır ki, müharibə başlayandan Ermənistandan təkcə Ağdama 10 mindən çox mərmi və raket atılıb. Bu rayonda 7 adam ölüb, 42 mülki şəxs yaralanıb, çoxlu dağıntılar var. 15 məktəb və 5 uşaq bağçası dağılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.