MƏDƏNİYYƏT


Özbəkistan qəzetində Azərbaycanla bağlı materiallar dərc edilib

Daşkənd, 14 may, AZƏRTAC

Daşkənddə özbək dilində çap olunan “Kitob dunyasi” qəzetində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran Əliyevin özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, pedaqoq, tanınmış soydaşımız Maqsud Şeyxzadə haqqında məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, qəzetdə, həmçinin Dünya Türk Yazarlar Birliyinin üzvü Tural Adışirinin Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə haqqında yazısı da verilib.

Nəşrdə, həmçinin şəhid-şair Ülvi Bünyadzadənin şeirlərinə də yer ayrılıb. Şeirlərin tərcüməçisi Xasiyyət Rüstəm şairin həyat və yaradıcılığı haqqında da məlumat verib.

Ümumiyyətlə qəzetdə Azərbaycan şair və yazıçılarının, alimlərinin əsərlərinə müntəzəm olaraq yer ayrılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.