DÜNYA


Özbəkistan süni intellekt texnologiyasının vergi sisteminə tətbiqinə hazırlaşır

Bakı, 19 fevral, AZƏRTAC

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Süni intellekt texnologiyalarının tətbiqinin sürətləndirilməsinə dair” Sərəncam imzalayıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, sərəncama əsasən, “Rəqəmsal Özbəkistan -2030” strategiyasının həyata keçirilməsi çərçivəsində ölkədə süni intellekt texnologiyalarının tətbiqi və kütləvi şəkildə istifadəsinin sürətləndirilməsi, eləcə də rəqəmsal məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə 2021-2022-ci illərdə süni intellekt texnologiyalarının araşdırılmasına və tətbiqinə yönəldilmiş tədbirlər planı qəbul ediləcək. Tədbirlər planına görə, ölkədə 2021-ci il dekabrın 1-dək süni intellekt texnologiyasının inkişaf strategiyası hazırlanacaq, dövlət idarəçiliyi, sosial və iqtisadi sahələrdə süni intellekt texnologiyasından istifadə üçün araşdırmalar aparılacaq. Plan çərçivəsində 2021-2022-ci illərdə ölkənin kənd təsərrüfatı, bankçılıq, maliyyə, vergi, nəqliyyat, enerji, səhiyyə, əczaçılıq və rəqəmsal hökumət sektorlarında süni intellektin tətbiqi ilə bağlı pilot layihələr həyata keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.