Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Özbəkistan və Azərbaycan: münasibətlər strateji tərəfdaşlığın yeni səviyyəsinə çıxır

Prezident İlham Əliyevin Özbəkistana tarixi səfərinə sözardı

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-22-də Özbəkistanda dövlət səfərində olub. Əlamətdar haldır ki, bu, koronavirus pandemiyası nəticəsində yaranan iki ildən artıq fasilədən sonra dövlət başçısının xarici ölkəyə ilk dövlət səfəri idi və səfərin məhz Özbəkistana edilməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Bunun parlaq sübutu odur ki, Prezident İlham Əliyevin Özbəkistan torpağına qədəm basdığı ilk saatlarda Daşkəndin Mirabad rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan meydanın, küçənin və onun barelyefinin açılışı oldu. Bu hadisə bir tərəfdən, istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına böyük töhfə vermiş görkəmli siyasi və dövlət xadiminin xatirəsinə ehtiram əlaməti, digər tərəfdən - Özbəkistanın və özbək xalqının ölkəmizə əsl qardaşlıq və dostluq münasibətinin təzahürü idi.

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq son illər yeni dinamika və xarakter alıb. Müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə tez-tez qurulan əlaqələr buna sübutdur. Hər iki ölkə beynəlxalq gündəlikdə duran əsas məsələlər barədə, o cümlədən təhlükəsizliyə müasir təhdid və çağırışlara qarşı mübarizə, nüvə silahının yayılmaması rejiminin möhkəmləndirilməsi, insan haqlarının qorunması, dayanıqlı inkişaf hədəflərinin reallaşdırılması sahəsində oxşar mövqelər tutur. Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində ölkəmizi qətiyyətlə və ardıcıl şəkildə dəstəkləyən Özbəkistan bunu müxtəlif beynəlxalq platformalarda da bəyan edib.

İki dövlətin ticari-iqtisadi əlaqələrinin inkişafının müsbət dinamikası 2016-cı ildən bəri əmtəə dövriyyəsinin təqribən 6 dəfə artmasını səciyyələndirən rəqəmlərdə öz əksini tapır. Azərbaycan və Özbəkistan arasında ticarətin həcmi cari ilin yanvar-aprel aylarında 50,1 milyon dollar, o cümlədən ixrac - 33,5 milyon dollar, idxal – 16,6 milyon dollar təşkil edib. İki ölkə arasında ticarət münasibətləri azad ticarət rejimində həyata keçirilir. 1998-ci ildə yaradılmış Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya ticari-iqtisadi əlaqələrin inkişafı üçün səmərəli mexanizmdir. Bu gün Özbəkistan ərazisində Azərbaycan kapitalının iştirakı ilə 234 müəssisə fəaliyyət göstərir. Bu müəssisələrin fəaliyyətinin əsas sahələri – ticarət, maşınqayırma və metal emalı, maliyyə və sığorta, daşınmaz əmlakla bağlı əməliyyatlar, energetika, xidmətlər sferası, zərgərlik məmulatlarının istehsalı və təmiri, qida sahəsi, yüngül sənayedir. Hacıqabulda avtomobillərin birgə istehsalının yaradılması iki ölkənin uğurlu kooperasiyasının nümunəsidir. Özbəkistan tərəfi Azərbaycanda ipəkçiliyin dirçəldilməsinə kömək göstərib.

Bununla yanaşı, danışıqların gedişində dövlət başçılarının qeyd etdiyi kimi, iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı fəaliyyətin mövcud olan nəhəng potensialından heç də tam istifadə olunmayıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vurğulayıb: “Bu gün biz razılaşdıq ki, komandalarımızın və ya nümayəndə heyətlərimizin hazırladığı rəqəmlər üzərində dayanmayacağıq, çünki rəqəmlər heç nə demir. Əlbəttə, mən deyə bilərəm ki, onlar altı dəfə artıb, lakin məcmu halda onlar bizim münasibətlərimizə, imkanlarımıza uyğun gəlmirsə və biz dedik ki, sıfırdan başlayaq, çox real, bütün istiqamətlərdə, iqtisadiyyatımızın bütün sahələrində geniş əhatəli layihələri inkişaf etdirək”. O qeyd edib ki, tərəflər qarşılıqlı fəaliyyəti mühüm şəkildə aktivləşdirmək barədə razılığa gəliblər və bunun üçün geniş imkanlar mövcuddur. Səfər ərəfəsində yarım milyard dollardan çox həcmdə imzalanan müqavilələr bu potensialın bariz sübutudur. Hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində konkret layihələr üzərində iş gedir. Birgə investisiya fondunun yaradılması barədə razılıq əldə olunub. Özbəkistan tərəfi öz yüklərinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmasına maraq göstərdi. Bütövlükdə, tərəflər yeni nəqliyyat dəhlizlərini inkişaf etdirmək niyyətlərini ifadə etdilər ki, bu da təkcə Azərbaycana və Özbəkistana deyil, həm də region dövlətlərinin çoxuna mənfəət vəd edir.

Kənd təsərrüfatı sahəsində də yeni layihələr nəzərdə tutulur. Məsələn, Özbəkistan aqrar sektorun rəqəmsallaşdırılması sahəsində mühüm nailiyyətlərə imza atmış Azərbaycanın təcrübəsini öyrənməyə hazır olduğunu bəyan edib. Kənd təsərrüfatı sahəsində birgə investisiya layihələrinin icrası hər iki ölkəyə öz ərzaq təhlükəsizliyini möhkəmlətmək imkanı verəcək ki, bu da dünyada indiki çətin vəziyyətdə ön plana çəkilir. Bundan əlavə, regionlararası əlaqələrin dərinləşdirilməsi də planlaşdırılır.

Danışıqların yekununa görə, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin bir çox sahələrini əhatə edən 12 sazişdən ibarət sanballı sənədlər paketi imzalanıb. Onlardan ən əsası prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin imzaladıqları Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında Bəyannamə oldu. Dövlətimizin başçısının vurğuladığı kimi, bu baza sənədi olduqca qlobal xarakter daşıyır, münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarır və mahiyyət etibarilə, gələcək fəaliyyətin yol xəritəsi rolunu oynayır. Bu sənəddə xarici siyasət prioritetləri əks olunub, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəyi ifadə olunub, həyat fəaliyyətinin bir çox istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Digər sənədlər hərbi və hərbi-texniki, nəqliyyat, sənaye, innovasiya, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahələrində qarşılıqlı fəaliyyət, siyasi dialoqun, regionlararası əməkdaşlığın inkişafı barədədir. Beləliklə, ikitərəfli münasibətlərin müqavilə-hüquqi bazası Prezident İlham Əliyevin dövlət səfəri zamanı imzalanan sazişlər də nəzərə alınmaqla, artıq təqribən 150 sənəd təşkil edir.

Mühüm məqam o oldu ki, prezidentlər bütün imzalanan sənədlərin və əldə olunan razılaşmaların icrası üzrə şəxsən nəzarət etmək funksiyasını öz üzərlərinə götürdülər, belə yanaşmanın səmərəliliyinə əmin olduqlarını bildirdilər. “Bu məsələlərin icrası isə ona gətirib çıxaracaq ki, ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb. Həmçinin qərara alınıb ki, hökumətlərarası komissiyanın həmsədrləri hər ay görüş keçirəcək və fikir mübadiləsi aparacaq, ikitərəfli ticarətə və məhsulların tranzitinə maneələrin aradan qaldırılması üçün xüsusi işçi qrupu yaradılacaq. İki ölkənin hökumətlərinin üzvləri və müvafiq qurumların rəhbərləri nəzərdə tutulan işlərin icrası barədə çox tezliklə hesabat verməli olacaqlar – payızda Səmərqənddə prezidentlərin yeni görüşü planlaşdırılıb.

Azərbaycan və özbək xalqlarının tarixinin, dininin və mədəni köklərinin ümumiliyi iki ölkənin mədəni-humanitar sahədə əməkdaşlığının dərinləşməsini və genişlənməsini də şərtləndirir. Tərəflər qarşılıqlı mədəniyyət və kino günlərinin keçirilməsi, turizm sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirmək, ali məktəblər, elmi müəssisələr, gənclər təşkilatları arasında mübadilə və əlaqələri artırmaq barədə razılığa gəliblər.

Təqdirəlayiq haldır ki, səfər zamanı dövlət başçılarının hərəsi tez-tez öz ana dilində danışır və bir-birini çox gözəl başa düşür, tərcüməçi xidmətindən istifadə etmirdilər. Prezident İlham Əliyev deyib: “Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini”.

Səfəri qiymətləndirərkən dövlətimizin başçısı bir neçə dəfə “tarixi” sözündən istifadə etdi. İmzalanan sənədlər əsasında əldə olunan razılaşmalar, gələcək üçün irimiqyaslı planlar, siyasətdən mədəniyyətə, təhsildən turizmə qədər - praktiki olaraq bütün sahələri əhatə edən yeni layihələrin nəzərdə tutulması – bütün bunlar “tarixi” sözünün yerində işlədilməsindən xəbər verir. Nəticə Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın yeni səviyyəsi olacaq ki, bu da Mərkəzi Asiya və Qafqaz regionlarında əməkdaşlığın, sülhün və sabitliyin təməlinə çevriləcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır