DÜNYA


Özbəkistan və Fransa prezidentlərinin görüşündə iki ölkə arasındakı əlaqələr müzakirə edilib

Daşkənd, 10 oktyabr, АZƏRTAC

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fransaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Emmanuel Makron ilə görüşüb.

AZƏRTAC Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, prezidentlərin görüşündə iki ölkə arasında iqtisadi-ticarət, sərmayə qoyuluşu, energetika, elm və texnologiya, təhsil, turizm, səhiyyə, arxeologiya, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin regionda sabitliyin və təhlükəsizliyin qorunması məsələləri müzakirə edilib.

Görüşdə Əfqanıstanda təhlükəsizliyin qorunması, sabitliyin bərpa olunması ilə bağlı da geniş fikir mübadiləsi aparılıb.

Danışıqlarda Fransanın “Eyrbas”, “Vinçi”, “Orano”, “Total Eren”, “Veoloya”, “Fivs Şteyn”, “Buiq”, “Ranjis” və digər şirkətlərinin Özbəkistanda layihələr həyata keçirməsi məsələləri də diqqət mərkəzində olub.

Söhbət zamanı Özbəkistanda Fransanın aparıcı universitetlərinin filiallarının açılması ilə bağlı razılıq əldə edilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.