SİYASƏT
Özbəkistan və Qırğızıstan portallarında Azərbaycan Prezidentinin xalqa müraciəti işıqlandırılıb
Daşkənd, 2 dekabr, АZƏRTAC
Özbəkistanın “fikr.uz”, Qırğızıstanın “turktoday.info”, “goldenbridgenews.com” portalları Azərbaycan Prezidenti İlham Əliyevin Laçının işğaldan azad olunması ilə əlaqədar xalqa müraciətini işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, Qırğızıstanın “centralasia.media” portalı Prezident İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da birgə Bəyanat imzalamaları barədə məlumat verir, vurğulanır ki, məhz bu razılaşmaya uyğun olaraq bu gün Laçın rayonunda Azərbaycanın Bayrağı dalğalanır.
Sayt yazır ki, bundan əvvəl Ağdam və Kəlbəcər rayonları işğaldan azad edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd