DÜNYA


Özbəkistana 300 min dozadan çox “Pfizer/BioNTech” peyvəndi gətirilib

Daşkənd, 6 dekabr, АZƏRTAC

Bu gün Özbəkistana humanitar yardım kimi COVAX proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarının “Pfizer” şirkətinin istehsalı olan 301 min 860 doza “Pfizer/BioNTech” peyvəndi gətirilib.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bundan əvvəl sentyabr ayında ölkəyə 1,2 milyon, oktyabr ayında 526, 5 min doza “Pfizer/BioNTech” peyvəndi göndərilmişdi. Bununla da Özbəkistana gətirilən “Pfizer/BioNTech” peyvəndinin sayı 3 milyon 587 min dozaya çatıb.

Məlumatda qeyd edilir ki, hazırda Özbəkistanda “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V”, “Moderna”, “Sinovac” və “Pfizer/BioNTech” peyvəndlərindən istifadə olunur.

Özbəkistana gətirilən və istehsal olunan vaksinin ümumi sayı 43 milyon 107 min 478 doza olub. Bunun 34 milyon 874 min 583 dozası istifadə edilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.