DÜNYA


Özbəkistana 310 min dozadan çox “Pfizer/BioNTech” peyvəndi gətirilib

Daşkənd, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Özbəkistana 310 min 50 doza “Pfizer/BioNTech” peyvəndi gətirilib.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Özbəkistana gətirilən “Pfizer/BioNTech” peyvəndinin ikinci partiyasıdır.

Bildirilir ki, bu günə qədər ölkəyə 49 milyon 846 min 818 doza vaksin gətirilib, 46,6 milyon doza peyvənd istifadə olunub.

Hazırda Özbəkistanda “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V”, “Moderna”, “Sinovac” və “Pfizer/BioNTech” peyvəndlərindən istifadə edilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.