DÜNYA


Özbəkistana Çindən 3 milyon doza “ZF-UZ-VAC2001” peyvəndi gətirilib

Daşkənd, 6 sentyabr, АZƏRTAC

Bu gün Çindən Özbəkistanın da həmmüəllifi olduğu 3 milyon doza “ZF-UZ-VAC2001” peyvəndi gətirilib.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla da ölkəyə gətirilən vaksinlərin ümumi sayı 22 milyon 946 min 540 dozaya çatıb.

Hazırda Özbəkistanda “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V” və “Moderna” peyvəndlərindən istifadə olunur. Bu günədək Özbəkistanda 15 milyon doza vaksin istifadə olunub, əhalisinin 2 milyon 123 min 460 nəfər peyvənd edilib.

İlin sonunadək 7 milyon nəfərin peyvənd olunması nərədə tutulur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.