DÜNYA


Özbəkistana daha 1 milyon doza vaksin gətirilib

Daşkənd, 19 may, АZƏRTAC

Özbəkistana COVID-19 virusuna qarşı daha 1 milyon doza “ZF-UZ-VAC2001” nişanlı Çin-Özbəkistan vaksini gətirilib.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, mart-aprel aylarında 2 milyon “ZF-UZ-VAC2001”, 660 min “AstraZeneca” və 100 min doza “Sputnik V” vaksini gətirilib. Beləliklə Özbəkistanda 3 milyon 760 min doza vaksin ehtiyatı var.

İndiyədək ölkədə əhaliyə 1 milyon 346 min vaksin vurulub və bu proses davam edir. İlin sonunadək Özbəkistanda 7 milyon adama vaksin vurulması nəzərdə tutulur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.