ELM VƏ TƏHSİL


Özbəkistanda 2021-2022-ci tədris ili üçün turizm sahəsi üzrə təqaüdlü təhsil imkanı

Bakı, 15 sentyabr, AZƏRTAC

Özbəkistan Respublikasının İpək Yolu Beynəlxalq Turizm Universiteti Şanxay Əməkdaşlıq Təşkilatına üzv və tərəfdaş ölkələrdən olan əcnəbi vətəndaşlar üçün 2021-2022-ci tədris ili üzrə təqaüdlü təhsil proqramı elan edir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, magistratura pilləsi üzrə elan edilən təqaüd proqramı müxtəlif ixtisasları əhatə edir. Təqaüd proqramına sentyabrın 30-dək müraciət etmək olar. Ətraflı məlumatla nazirliyin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.