DÜNYA


Özbəkistanda 6,2 ton ağırlığında səməni halvası hazırlanıb

Özbəkistanda 6,2 ton ağırlığında səməni halvası hazırlanıb

Daşkənd, 22 mart, AZƏRTAC

Özbəkistanın Namanqan şəhər parkında Novruz bayramı münasibətilə 6 ton 200 kiloqram ağırlığında səməni halvası hazırlanıb.

AZƏRTAC xəbər verir ki, səməni halvası 20 aşpaz tərəfindən bişirilib, parkda Novruz şənliyində iştirak edənlərə paylanıb, imkansız ailələrə, qocalar və uşaq evlərinə göndərilib.

Bayram şənliyində müxtəlif xalqların Novruz ənənələri haqqında məlumat verilib, deyilib ki, Novruzu özbəklərdən başqa azərbaycanlılar, qazaxlar, qırğızlar, taciklər, türkmənlər və digər xalqlar qeyd edir.

Parkda qurulmuş çadırda aztəminatlı ailələrin uşaqlarına “xatna toy”-“sünnət toy”u da keçirilib, onlara müxtəlif hədiyyələr verilib.

Novruz şənliyi müxtəlif xalqların mahnı və rəqslərindən ibarət konsert proqramı ilə müşayiət olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.