DÜNYA
Özbəkistanda COVID-19-a yoluxanların sayı 3180 nəfərdir
Daşkənd, 25 may, AZƏRTAC
Özbəkistanda koronavirusa yoluxanların sayı 3180 nəfərdir.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkədə koronavirusdan 2565 nəfər sağalıb, 13-ü ölüb.
Səhiyyə nazirinin birinci müavini Baxadır Yusupaliyev jurnalistlərə bildirib ki, virusa yoluxanların sayı gübəgün artır. Hər gün təxminən 60 nəfər virusa yoluxur, əgər bu rəqəm azalmasa, onda biz karantin rejimini gücləndirməyə məcbur olacağıq.
Bildirilib ki, Özbəkistan hava yolları bu gündən iyunun 7-dək xarici ölkələrdən ölkə vətəndaşlarını Daşkəndə gətirəcək. Ümumiyyətlə 17 çarter reysi həyata keçiriləcək və bunun da 13-ü Rusiya şəhərlərindən təşkil olunacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd