DÜNYA


Özbəkistanda COVID-19 koronavirusuna 3769 nəfər yoluxub

Daşkənd, 3 iyun, АZƏRTAC

Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 3769-a çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkədə bu virusdan 2908 nəfər sağalıb, 837 xəstənin müalicəsi davam edir, 10 pasiyentin vəziyyəti ağır qiymətləndirilir, 15 nəfər həyatını itirib.

Ölkədə koronavirusa yoluxan tibb işçilərinin sayı 300-dən artıqdır, onların da təxminən 70 faizi sağalıb.

Özbəkistanın baş sanitar müfəttişi Nurmat Atabekov bu gün keçirdiyi brifinqdə deyib ki, ölkədə koronavirusa yoluxanların 80 faizi xəstəliyi yüngül, 15 faizi orta ağır, 2-3 faizi isə ağır formada keçirir.

Operativ Qərargahın məlumatına görə iyunun 7-dək Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Misirdən Özbəkistan vətəndaşlarını ölkəyə gətirən doqquz çarter reysi həyata keçiriləcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.