DÜNYA


Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 500-ü keçib

Daşkənd, 7 aprel, АZƏRTAC

Aprelin 7-si saat 16-ya olan məlumata görə Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 57 nəfər artaraq 504-ə çatıb.

Özbəkistan Səhiyyə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, koronavirusa yoluxan 57 xəstə karantində olanların hesabına artıb.

İndiyədək Özbəkistanda bu virusdan 30 nəfər sağalıb, 2 nəfər isə həyatını itirib.

Özbəkistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə Nyu-York klinikasında koronavirusdan 3 Özbəkistan vətəndaşı da dünyasını dəyişib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.