DÜNYA


Özbəkistanda COVID-19-la bağlı vəziyyət pisləşir

Daşkənd, 22 iyul, АZƏRTAC

Özbəkistanda COVID-19-la bağlı vəziyyət günbəgün pisləşir. Son sutka ərzində ölkədə koronavirusa 719 yoluxma halı, 492 pnevmoniya xəstəsi qeydə alınıb.

AZƏRTAC Özbəkistanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son gündə ölkədə dörd xəstə həyatını itirib və ötən ilin mart ayından bu yana koronavirusdan ölənlərin sayı 814-ə çatıb.

Yoluxma sayının artması fonunda artıq Özbəkistanda restoran, kafe və çayxanalarda müştərilərə 08:00-dan 20:00-dək ancaq açıq havada xidmət göstərilir. Toy, ad günləri və digər ailə şənlikləri şadlıq saraylarında açıq havada keçirilməlidir. Belə imkan yoxdursa, qonaqların sayı 50 nəfərdən çox olmamaq şərti ilə sosial məsafəyə və sanitar qaydalara əməl edilməklə bağlı məkanda şənliklər keçirmək olar.

Məscidlərdə cümə namazının kollektiv şəkildə qılınması ləğv edilib. İbadət evlərində sosial məsafə gözləmək və maska geyinməklə gündəlik namaz qılmağa icazə verilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.