DÜNYA


Özbəkistanda Ekologiya Partiyası yaradılıb

Daşkənd, 9 yanvar, АZƏRTAC

Özbəkistanda fəaliyyət göstərən ekologiya hərəkatının bazasında yeni partiya - Ekologiya Partiyası yaradılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən təsis qurultayında Özbəkistan Ali Məclisinin deputatı Botiy Alixanov partiyanın sədri seçilib.

İndiyədək Özbəkistanda Xalq demokratik Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası, “Milli Dirçəliş” Demokratik Partiyası və Liberal-Demokratik Partiyası (Sahibkarlar Hərəkatı) fəaliyyət göstərirdi.

Xatırladaq ki, Özbəkistan Ekologiya Hərəkatının parlamentdə 15 deputat mandatı var.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.