DÜNYA


Özbəkistanda Fransa şərabları istehsal olunacaq

Daşkənd, 4 noyabr, АZƏRTAC

Yüksək keyfiyyətli Fransa şərabları istehsal etmək üçün Özbəkistana “Kaberne”, “Savinyon” və “Şardone” üzüm sortlarının tingləri gətirilib.

AZƏRTAC xəbər verir ki, tinglər Namanqan vilayətində sınaqdan çıxarılacaq.

Namanqandakı “Yangikurqan şarab” zavodunun nümayəndəsi jurnalistlərə deyib ki, Fransadan gətirilən, əsasən ağ şərab hazırlanması üçün nəzərdə tutulan bu üzüm sortları şəraitə uyğunlaşsa və kifayət qədər məhsul versə, Özbəkistanın şərab zavodları tam gücü ilə işləyəcək.

Bu il Özbəkistan Hökuməti şərab sənayesinin inkişafına 30 milyard sum (3 milyon 660 min dollar) vəsait ayırıb. Bu vəsait Özbəkistanda əvvəl fəaliyyət göstərən 62 şərab zavodunun modernləşdirilməsinə sərf ediləcək.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.