DÜNYA


Özbəkistanda Nəqliyyat Nazirliyi yaradılıb

Daşkənd, 9 fevral, AZƏRTAC

Özbəkistan Avtomobil Nəqliyyatı Agentliyinin bazasında Nərliyyat Nazirliyi yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb.

Yeni nazirlik avtomobil, dəmiryolu, hava, su nəqliyyatı, metropoliten, o cümlədən yol təsərrüfatının inkişafı sahəsində dövlət siyasətini həyata keçirən vahid idarəetmə orqanı olacaq.

Bundan başqa, digər dövlətlərlə və iri xarici şirkətlərlə Özbəkistan ərazisindən keçən yüklərin daşınması ilə bağlı müqavilələrin bağlanması, Transəfqan, Transqafqaz, Transçin və digər magistral yollardan səmərəli istifadəsinin təmin edilməsi, yük daşıyıcıları ilə müştərək müəssisələrin yaradılması da yeni nazirliyin səlahiyyətlərinə aid edilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.