MƏDƏNİYYƏT


Özbəkistanda Qənirə Paşayevanın özbək dilində şerlər kitabı çap edilib

Daşkənd, 13 may, АZƏRTAC

Daşkənddəki “Lesson press” nəşriyyatında Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın özbək dilində “Qapını aç” adlı şerlər kitabı çap olunub.

AZƏRTAC xəbər verir ki, kitabın tərcüməçisi şair və tərcüməçi Xasiyyət Rüstəmova, tərtibçilər Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Bakıdakı Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır.

Kitabdakı “Ön söz”ün müəllifi İmdod Avşardır. “Ön söz”də Qənirə Paşayevanın həyatı və yaradıcılığı haqqında məlumat verilir, onun əsərlərinin məziyyətlərindən danışılır.

Yazıda deyilir ki, Qənirə Paşayeva 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır. Materialda Qənirə Paşayevanın deputat kimi fəaliyyəti haqqında da söhbət açılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.