DÜNYA


Özbəkistanda Ramazan ayı karantin qaydalarının gücləndirilməsi ilə aprelin 13-də başlayır

Daşkənd, 13 aprel, АZƏRTAC

Özbəkistanda Ramazan ayı milli adət-ənənələrə uyğun olaraq və karantin qaydalarının gücləndirilməsi ilə aprelin 13-də başlayır.

AZƏRTAC Özbəkistan Müsəlmanları İdarəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkədə yoluxma sayı az olduğundan ciddi qadağalar tətbiq olunmur, bununla belə məscidlərə giriş zamanı antiseptiklərdən istifadə, sosial məsafə saxlamaq və maska taxmaq mütləqdir.

Məlumatda qeyd edilir ki, vaksin qida maddəsi sayılmadığından Ramazan ayı müddətində COVID-19 koronavirusuna qarşı peyvənd etmək olar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.