DÜNYA


Özbəkistanda “ağıllı şəhər” yaradılacaq

Daşkənd, 29 noyabr, АZƏRTAC

Özbəkistanın Daşkənd vilayətində “ağıllı şəhər” yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bununla bağlı bu ölkənin İnvestisiyalar üzrə Dövlət Komitəsi Sinqapurun “Universal Success Enterprises” şirkəti ilə memorandum imzalayıb.

“Ağıllı şəhər”in tikintisinin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur. Sinqapur bu layihəyə 2,5 milyard dollar sərmayə qoyacaq.

“Ağıllı şəhər” kommunikasiya və informasiya texnologiyaları sistemidir. Bu sistem vasitəsilə şəhər mühitinə səmərəli şəkildə nəzarət ediləcək. Sistem şəhərdə baş verən daxili prosesləri idarə etməyə imkan yaradacaq ki, bununla da əhalinin həyat şəraiti yüksələcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.