DÜNYA


Özbəkistanda avtomobil qəzası dörd nəfərin həyatına son qoyub

Daşkənd, 30 dekabr, АZƏRTAC

Özbəkistanın Qaraqalpaqstan Respublikasının Xujayliy rayonunda avtomobil qəzası nəticəsində dörd nəfər həyatını itirib.

AZƏRTAC xəbər verir ki, “Neksi-3” minik maşınının sürücüsü idarəetməni itirib və maşın yolun kənarındakı beton səddə çırpılaraq yanıb.

Ölənlər arasında Qaraqalpaqstanın mənzil-kommunal nazirinin müavini də var.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.