MƏDƏNİYYƏT


Özbəkistanda azərbaycanlı şairlərlə görüş keçirilib

Bakı, 9 iyul, AZƏRTAC

Özbəkistanda Əlişir Nəvai adına Milli Kitabxanada tanınmış Azərbaycan şairləri Səlim Babullaoğlu və Əjdər Ol ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən şairlərimiz iki qardaş xalq arasında qədim köklərə malik mədəniyyət, ədəbiyyat əlaqələrinin bu gün daha da inkişaf etdiyini bildiriblər.

Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığının davamı olan müasir şair və yazıçılarımızın, ədəbiyyatşünaslarımızın sıx əməkdaşlığının gələcək nəsillər üçün də örnək olacağını söyləyiblər.

Tədbirdə hər iki şair öz şeirlərini oxuyub və kitablarını kitabxananın fonduna təqdim ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.