MƏDƏNİYYƏT


Özbəkistanda azərbaycanlı yazıçının romanı çap olunub

Daşkənd, 27 aprel, АZƏRTAC

Daşkənddəki “Yangi asr avlodi” nəşriyyatında Azərbaycan yazıçısı Varisin “Sonuncu ölən ümidlərdir” romanı özbək dilində çap olunub.

AZƏRTAC xəbər verir ki, romanı özbək dilinə Azərbaycan ədəbiyyatının dostu, jurnalist və tərcüməçi Rüstəm Cabbarov çevirib.

R.Cabbarovun tərcüməsində Varisin “Sənə inanıram” romanı bu nəşriyyatda ötən il işıq üzü görüb.

Varisin “77 gün” romanı isə R.Cabbarovun tərcüməsində hissə-hissə “Darakçi” qəzetində dərc edilib və bu ilin sonunadək kitab kimi nəşri nəzərdə tutulub.

Xatırladaq ki, bir çox Azərbaycan yazıçısının əsərləri Daşkənddə R.Cabbarovun tərcüməsində çap olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.