ELM VƏ TƏHSİL


Özbəkistanda beynəlxalq konqresdə iştirak edən alimlərimiz bu ölkədəki Azərbaycan Mədəniyyət Mərkəzində olublar

Bakı, 21 iyun, AZƏRTAC

Daşkənddə səfərdə olan 7-ci Beynəlxalq EMI Sahibkarlıq və Sosial Elmlər Konqresinin (7th International EMI Entrepreneurship & Social Sciences Congress) Azərbaycan nümayəndələri (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru dosent Yusif Alıyev, ADPU Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Sərxan Cəfərov, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru, dosent Zakir Eminov, Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri dosent Zaur İmrani) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qonaqlara rəhbəri olduğu qurumun fəaliyyəti, Azərbaycan-Özbəkistan arasında dostluq, mədəniyyət, humanitar sahədə əməkdaşlığın inkişafında rolu, görülən işlər haqqında geniş məlumat verib, onları Mərkəzdəki muzey və sərgilərlə tanış edib. Qonaqlar Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistandakı fəaliyyətinə həsr olunmuş stend və guşələrlə tanış olublar.

Görüşdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb perspektivlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.