DÜNYA


Özbəkistanda dinazavra bənzəyən heyvan skeleti tapılıb

Daşkənd, 14 fevral, АZƏRTAC

Özbəkistanın Fərqanə vilayətinin sakini evini təmir etdirərkən zirzəminin altından dinazavra bənzəyən heyvan skeleti tapıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Daşkənddə rus dilində çap olunan “Narodnoe slovo” qəzeti məlumat yayıb.

Bildirilir ki, tapılan sümüklər göstərir ki, bu heyvanın güclü uzun ayaqları, iri başı, elastik onurğa sütunu, quyruğu və quş boğazına bənzər boynu olub.

Skeletin tapıldığı ev Fərqanədəki çöllüklər abadlaşdırıldığı vaxt - 1969-cu ildə tikilib. Ev tikilən zaman lazimi tikinti qaydalarına əməl edilməyib və skelet o zaman tapılmayıb.

Qeyd edilir ki, faktın təsdiqlənməsi üçün ekspertlərin köməyinə ehtiyac var. Ancaq arxeoloqlar bunun elmi izahını verməlidirlər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.