DÜNYA


Özbəkistanda əmək kitabçalarından imtina edilir

Daşkənd, 6 noyabr, AZƏRTAC

Özbəkistanda əmək kitabçalarından imtina edilir, onun yerinə elektron baza yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu məlumatı jurnalistlərə Özbəkistan maliyyə nazirinin müavini Dilşod Sultonov deyib. Bildirib ki, dəyişikliklər ilk növbədə əmək fəaliyyətinə yeni başlayan şəxslərə şamil ediləcək. 2019-cu ildə işçilərə əmək kitabçaları açılmayacaq və işçi haqqında bütün göstəricilər elektron bazaya yerləşdiriləcək. Bazada işçinin bütün əmək fəaliyyəti və gəliri öz əksini tapacaq. Lazımi informasiya almaq üçün əmək kitabçasına şəxsin pasport göstəriciləri də əlavə olunacaq.

Dilşod Sultonov vurğulayıb ki, hazırda Gömrük idarəsi elektron bazanın proqram əsasını hazırlayır. Proqramda əməkhaqqının həcmi, tutulan verginin miqdarı, alınacaq əməkhaqqının hansı məbləğdə nağd verilməsi və plastik karta yüklənməsi haqqında məlumatlar da olacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.