DÜNYA


Özbəkistanda ilk günəş elektrik stansiyası inşa edilir

Daşkənd, 3 mart, АZƏRTAC

Özbəkistanın Nəvai vilayətində ilk günəş elektrik stansiyası inşa olunur.

AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, stansiyada hər il 270 giqavat/saat elektrik enerjisi istehsal ediləcək. Bu da yaxın ərazilərdəki 31 min təsərrüfatı elektrik enerjisi ilə təmin edəcək.

Stansiyanın tikintisi üçün ayrılan 268 hektar ərazidə 300 min fotovoltaik lövhə quraşdırılacaq.

Materialda bildirilir ki, burada istehsal olunan enerjinin qiyməti də ucuz olacaq - 1 kilovat/saat üçün 2,7 sent.

Stansiyanın bu ilin oktyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.