İQTİSADİYYAT


Özbəkistanda keçirilən Beynəlxalq İnvestisiya Forumunda ölkəmiz də təmsil olunub

Daşkənd, 20 oktyabr, АZƏRTAC

Özbəkistanın Əndican şəhərində birinci Beynəlxalq İnvestisiya Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, foruma dünyanın 30 dövlətindən 400-dən artıq investor qatılıb.

Forumda Azərbaycanın Özbəkistandakı səfirliyinin attaşesi Elnur Hüseynov da iştirak edib.

Özbəkistan Baş Nazirinin müavini Elyor Qəniyev bildirib ki, Əndican vilayəti Özbəkistanın səfalı guşələrindən biridir. O deyib ki, son vaxtlar Əndican vilayətinə sərmayə qoyan ölkələrin sayı artır. Hindistanın Qucarat ştatı Əndican vilayətinin iqtisadiyyatının müxtəlif sahələrinə 250 milyon dollar sərmayə qoyur.

Əndican vilayətinin hakimi Şuxrat Abduraxmanov investorlara münbit şərait yaradıldığını bildirib. Hakim vilayətə sərmayə qoyan ölkələrin arasında Azərbaycanın da adı çəkilib. O deyib ki, Azərbaycanın “Estes Bakı” Şirkətinin burada yaratdığı “Estes Andican” Şirkəti Xanabad şəhərinin səfalı guşəsində 85 hektar torpaq sahəsi götürüb və burada 1200 komfortlu kottec tikir. Şirkət bu işə 30 milyon dollar sərmayə qoyub.

Sonra qonaqlar Əndican şəhərində Hindistanın Şarda Universitetinin filialının açılışında, həmçinin Kodilla Əczaçılıq zavodunun təməlqoyma mərasimində iştirak edib, Xanabad şəhərində olublar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.