MƏDƏNİYYƏT


Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalı başa çatıb

Kokand, 16 sentyabr, AZƏRTAC

Özbəkistanın Kokand şəhərindəki qədim Xudayar Xan sarayında keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalı başa çatıb.

AZƏRTAC xəbər verir ki, festivala dünyanın 78 ölkəsindən gələn 370 xalq tətbiqi sənət nümayəndələri, bu sahənin ekspertləri qatılıb.

Tədbirin rəsmi açılış mərasimində Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və nazirliyin şöbə müdiri Günel Aslanova iştirak edib.

Azərbaycandan bu festivala tətbiqi sənət üzrə beş nümayəndə qatılıb. Onlar beş gün ərzində qurulan iki pavilyonda Azərbaycanda işlənən xalq tətbiqi sənət nümunələrini nümayiş etdiriblər.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Kokand

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.