DÜNYA
Özbəkistanda koronavirusa daha 514 nəfər yoluxub
Daşkənd, 25 sentyabr, AZƏRTAC
Son 24 saat ərzində Özbəkistanda COVID-19-a daha 514 nəfərin yoluxduğu təsdiqlənib, pandemiya dövründə yoluxanların sayı 54 min 181 nəfərə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada virusdan 4 xəstə ölüb, həyatını itirənlərin sayı 448 nəfərə çatıb.
Bildirilir ki, müalicə müəssisələrində koronaviruslu 3 min 292 xəstə var.
Son gündə virusdan 609, ümumiyyətlə 50 min 441 xəstə sağalıb.
Özbəkistan Sanitar-Epidemioloji İnspeksiyasının rəhbəri Nurmat Atabekov jurnalistlərə bildirib ki, son günlər ölkədə virusa yoluxma halı yenidən artır. Belə ki, dünən ölkədə yoluxma halı 616, sentyabrın 23-də isə 506 olub. Təbii ki, bu da karantin qaydalarının yumşaldılması ilə bağlıdır. Adamlar yumşalma tədbirlərinə məsuliyyətlə yanaşmalıdırlar. Əgər yoluxma halı azalmasa o zaman hökumət yenidən sərt karantin tədbirləri tətbiq etməyə məcbur olacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]
Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub
- 23.04.2024 [14:25]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [14:23]
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]