DÜNYA


Özbəkistanda koronavirusa yoluxanların sayı artmaqda davam edir

Daşkənd, 12 iyul, AZƏRTAC

Özbəkistanda koronavirusa yoluxanların sayı artmaqda davam edir.

Son sutka ərzində ölkədə COVID-19-a yoluxanların sayı 500-ə çatıb və hazırda belə xəstələrin sayı 12 min 706-dır.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, virusdan ölənlərin sayı 58 nəfərə çatıb. Hazırda müalicədə 4925 xəstə var, onların 52-nin vəziyyəti ağırdır.

Xatırladırıq ki, ölkədə virusa yoluxma halı və ölənlərin sayının artması ilə əlaqədar iyulun 10-dan avqustun 1-dək karantin rejimi yenidən gücləndirilib, yaşı 65-dən yuxarı olan adamlar özünütəcrid rejiminə keçirilib.

Bu müddətdə Özbəkistanın şəhərlərində və regionlar arasında nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılıb, toy və digər ailə şənliklərinin keçirilməsi qadağan olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.