DÜNYA
Özbəkistanda kosmik fəaliyyətin inkişafı haqqında qanun layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılıb
Daşkənd, 5 noyabr, АZƏRTAC
Özbəkistanda kosmik fəaliyyətin inkişafı haqqında qanun layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılıb. Sənəddə deyilir ki, Özbəkistanda kosmik tədqiqatların və texnologiyaların inkişafı üçün lazımi təcrübə, intellektual ehtiyatlar və kosmik infrastruktur mövcuddur.
AZƏRTAC xəbər verir ki, layihədə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Kosmik Tədqiqatlar və Texnologiyalar üzrə Agentliyin yaradılması nəzərdə tutulur. Agentlikdə elmi-texniki və ekspert şurası fəaliyyət göstərəcək. Şuraya Müdafiə Nazirliyinin, Dövlət Geologiya Komitəsinin, İnnovasiya İnkişaf Nazirliyinin nümayəndələri daxil olacaq.
Proqramın konsepsiyası və layihəsinə görə müvafiq infrastrukturla bağlı obyektlər tikiləcək.
2019-cu il sentyabrın 1-dən Daşkənd Dövlət Texniki Universiteti, Özbəkistan Milli Universiteti və Daşkənd İnformasiya Texnologiyaları Universitetində “Tətbiqi kosmik texnologiyalar” kafedraları açılacaq və xarici ali məktəblərdə mütəxəssislər hazırlanacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]