DÜNYA
Özbəkistanda mütləq vaksinasiya haqqında qanun təsdiqlənib
Daşkənd, 2 avqust, AZƏRTAC
Özbəkistan Ali Məclisinin Senatı mütləq vaksinasiya haqqında qanunu təsdiq edib.
AZƏRTAC xəbər verir ki, bundan əvvəl qanun layihəsinə Ali Məclisdə baxılıb.
Sənəddə bildirilir ki, yaşı 18-dən yuxarı olan şəxslər (vaksinin sağlamlıqlarına mənfi təsiri olan şəxslər istisnadır) mütləq vaksinasiyadan keçməlidirlər.
Müəssisə və təşkilatlarda çalışanlar vaksin vurdurmaqdan imtina edərlərsə, həmin təşkilatların rəhbərləri o şəxsləri işə buraxmaya bilərlər.
Xatırladaq ki, hazırda Özbəkistanın 15 milyon 580 min vaksin ehtiyatı var. Bir neçə gün əvvəl isə ölkədə Rusiyanın “Sputnik V” vaksininin istehsalına başlanılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]