DÜNYA


Özbəkistanda olan əfqan qaçqınlar üçüncü ölkəyə göndəriliblər

Daşkənd, 14 sentyabr, AZƏRTAC

Bu gün Özbəkistanın Əfqanıstanla sərhədindəki Termez şəhəri yaxınlığındakı düşərgədə yaşayan 585 əfqan qaçqın ailələri və qohumları ilə birgə üçüncü ölkəyə göndəriliblər.

AZƏRTAC xəbər verir ki, bu haqda jurnalistlərə Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yusuf Kabulcanov məlumat verib. Qaçqınların hansı ölkəyə göndərildikləri barədə məlumat yoxdur.

Xatırladaq ki, avqustun 14-dən 16-dək Əfqanıstanın 22 hərbi təyyarəsi və 24 hərbi helikopter Özbəkistanın Surxandərya vilayətindən qeyri-qanuni yolla sərhədi keçib. 585 hərbçinin və onların ailələrinin olduğu təyyarə və helikopterlər məcburi Termez beynəlxalq aeroportuna endirilib. Bunlar sabiq Əfqanıstan hökumətinin hərbçiləridirlər.

“Taliban” hökuməti hərbçiləri və onların ailələrini geri qaytarmağı tələb edib.

Hərbçilər isə bildiriblər ki, geri qaytarılsalar “Taliban” hökuməti onları qətlə yetirəcək. Ona görə də üçüncü ölkəyə getmələri məqbul hesab olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.