Özbəkistanda pandemiya dövründə ən yüksək yoluxma qeydə alınıb
AzerTAg.az
Daşkənd, 17 yanvar, АZƏRTAC
Yanvarın 17-də Özbəkistanda pandemiya dövründə koronavirusa ən yüksək yoluxma qeydə alınıb - 1037 hal.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, pandemiya başlanandan yanvarın 16-na qədər ən yüksək yoluxma ötən il avqustun 5-də olub. Həmin gün koronavirusa yoluxanların sayı 974 nəfər təşkil edib.
Məlumatda bildirilir ki, 2020-ci il mart ayından bu günəcən Özbəkistanda virusa yoluxanların sayı 206,1min nəfər olub, 1518 nəfər həyatını itirib.
Qeyd olunur ki, bu günlərdə Daşkəndin rayonlarında 12 COVID poliklinikası yaradılıb və sutka ərzində fəaliyyət göstərir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin mətnində orfoqrafik səhv var