DÜNYA


Özbəkistanda parlament seçkilərinə start verilib

Daşkənd, 21 sentyabr, АZƏRTAC

Özbəkistan Ali Məclisinə və yerli sovetlərə seçkilərə start verilib və seçkiqabağı kampaniya başlanıb.

AZƏRTAC xəbər verir ki, bunu Daşkənddə keçirilən brifinqdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdisalamov bildirib. O deyib ki, seçkilər 2019-cu il dekabrın 22-nə təyin olunub. Özbəkistanda seçki hüququ olan 20 milyon vətəndaş var, 2 milyon gənc isə birinci dəfə səs verəcək.

Komissiya sədri diqqətə çatdırıb ki, Özbəkistanda fəaliyyət göstərən beş siyasi partiya seçkilərdə iştirak edəcək. Bunlar “Milli dirçəliş” Demokratik Partiyası, Xalq Demokratik Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası və Özbəkistan Ekoloji Partiyasıdır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.